Azərbaycanda unikal olay: müharibə iştirakçısı 97 yaşlı qadın… – FOTO

Azərbaycanda unikal olay: müharibə iştirakçısı 97 yaşlı qadın... - FOTO

1941-45-ci il müharibəsinin iştirakçısı 97 yaşlı Xalifa Muratova TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanada əməliyyat olunub.

Globalinfo.az xəbər verir ki, 1925-ci il təvəllüdlü M.X.Səmədovna “İri həcmli sol tərəfli boğulmuş qasıq yırtığı” diaqnozu ilə əməliyyat olunub.

Əməliyyatın uğurla başa çatdığı və xəstənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

97 yaşlı Xalifa xanım bütün tibbi personala təşəkkür edib.

Azərbaycanda unikal olay: müharibə iştirakçısı 97 yaşlı qadın... - FOTO

Zaira Akifqızı
Globalinfo.az