Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Globalinfo.az xəbər verir ki, yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.














