16 nəfər yanğınlarda öldü

16 nəfər yanğınlarda öldü

2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-nin statistik məlumatlarında qeyd edilib.

Məlumata görə, bu göstəricilər 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16%, xəsarət alanlar üzrə 34 nəfər və ya 39% azdır.