“Nikol Paşinyan və hazırkı Emrənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edibsə, beynəlxalq ictimaiyyət nə edə bilər ki?!”
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert, QHT sədri Larisa Alaverdyan deyib.
O, Paşinyanın Qarabağla bağlı mövqeyindən sonra beynəlxalq təşkilatlara çağırışın mənasız olduğunu bildirib:
“Biz beynəlxalq ictimaiyyətə deyirik ki, Qarabağın Azərbaycana qaytarılmasına mane olsunlar. Amma bu, mənasızdır. Nikol Paşinyan ərazinin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdikdən sonra beynəlxalq təşkilatlar nə edə bilər? Bakının Ağdam-Xankəndi yolu ilə əraziyə humanitar daşımaların həyata keçirilməsi təklifi də Paşinyanın qərarını təsadiqləyir. Azərbaycan bununla deyir ki, ora mənə məxsusdur”.
“Ümumiyyətlə, Avropanı Qarabağın erməni sakinlərinin taleyi maraqlandırmır. Onların prosesdə iştirak həvəsinin iki məqsədi var: Rusiyanı bölgədən sıxışdırmaq, İranı Türkiyə ilə mübarizə apara bilməyəcəyi səviyyədə zəiflətmək”, – Alaverdyan bildirib.
Ayşən Mustafa
Globalinfo.az














