“Rusiya sülhməramlılarının Qarabağ ərazisində olmasına baxmayaraq, itkilərimiz, yaralılarımız var”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni deputat Taquhi Tovmasyan deyib.
Tovmasyan sülhməramlıların bölgədəki fəaliyyətini bəyənmədiyini bildirib.
“Bakı Rusiya sülhməramlı qüvvələrinin mövcudluğundan çəkinmir. Həqiqətlə üz-üzə gəlməliyik, illüziyalara qapılmamalıyıq. Düşünməməliyik ki, Rusiya nümayəndələri orada olarsa, müharibədən qaçmaq olar. Savaş qaçılmazdır. Sülhməramlıların mövcudluğu Azərbaycanın imperiya ambisiyalarını heç bir şəkildə məhdudlaşdırmır. Deməli, biz hər şeyə hazır olmalıyıq”, – deputat qeyd edib.
Zaira Akifqızı
Globalinfo.az














