Qarabağda aktivlik: Ordumuz bu mövqelərə zərbə endirə bilər

Qarabağda aktivlik: Ordumuz bu mövqelərə zərbə endirə bilər

Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşıdığı üzə çıxıb. Hadisə Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb. Silah daşındığını təsdiqləyən görüntülərdən də aydın şəkildə görünür ki, qanunsuz erməni birləşmələri həmin mövqedə postlar qurub və aktiv şəkildə ora silah daşıyır.

Laçın postu işə yaramır?

Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşımasının üzə çıxması ciddi faktdır. Xankəndi-Qeybalı-Xəlfəli istiqamətində separatçıların postlarının olması indiki məqamda narahatlıq yaradan məqam deyil. Mümkündür ki, rəsmi Bakı separatçıların postlarının harada olduğunu yaxşı bilir. Yəni istənilən halda bu postlar rahatlıqla məhv edilə bilər.

Qarabağda aktivlik: Ordumuz bu mövqelərə zərbə endirə bilər

Burada əsas narahatlıq yaradan məqam separatçıların silah-sursatı necə və hansı yolla əldə etməsidir. Məsələ ondadır ki, erməni separatçı-terrorçuların daşıdığı qanunsuz silah-sursat Ermənistandan gətirilməyib. Ən azından bu, quru yolu ilə baş tutmayıb.

Ümumiyyətlə, Laçın postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil. Oradan keçən bütün mülki və digər təyinatlı nəqliyyat vasitələri, şəxslər yoxlanılır. Yalnız müvafiq yoxlanışdan sonra Azərbaycan ərazisinə girişinə icazə verilir.

Sülhməramlıların özbaşınalığı

Qeydə alınan videogörüntülərdən də aydın görünür ki, rus sülhməramlıları qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların “postları” arasında silah daşınmasına yardım edirlər.

Prinsip etibarilə bu, ilk belə hadisə olmasa da, sülhməramlıların mandatına uyğun olmayan işlərlə məşğul olduğunu bir daha sübut edir. Digər məsələ isə həmin silah-sursatın separatçılara sülhməramlılar tərəfindən verildiyini göstərir.

Qarabağda aktivlik: Ordumuz bu mövqelərə zərbə endirə bilər

Sülhməramlılara davamlı şəkildə silah-sursat ya birbaşa Rusiya ərazisindən, ya da Ermənistandakı hərbi bazalardan quru və hava yolu ilə gəlir. Laçında postumuzun qurulmasından sonra bu proses dayanıb. Davam edirsə belə, ən azından, məsələ Bakının nəzarətindədir.

Bakının cavab addımı

Sülhməramlıların separatçıları silahlandırması qəbuledilməzdir. Rəsmi Bakı bu prosesin qarşısını ən qısa zamanda almalıdır. İlk növbədə, bu barədə Azərbaycan tərəfi həm Rusiyaya, həm də sülhmərmalıların komandanlığına xəbərdarlıq etməlidir. Bundan başqa, sülhməramlılara gətirilən silah-sursat və texnika yalnız quru yolu ilə çatdırılmalıdır. Yəni rotasiya qaydalarına uyğun olaraq Laçın postundan keçməklə həyata keçirilməlidir.

Qarabağda aktivlik: Ordumuz bu mövqelərə zərbə endirə bilər

Rusiya sülhməramlılarının bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə Azərbaycan Ordusu separatçıların postlarına zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.

Ümumiyyətlə, erməni separatçılarının tərk-silah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında ya da istəyində deyilsə, Azərbaycan özü prosesi reallaşdırmalıdır.

Turan Rzayev
Globalinfo.az