Trampın yenidən prezident seçilməsindən bu günə qədər Meksikaya 11 minə yaxın miqrant deportasiya edilib.
Globalinfo.az xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
Prezident bildirib ki, Meksika yanvarın 20-dən bu günə qədər 11 minə yaxın miqrantı qəbul edib. Onun sözlərinə görə, onlardan təxminən 2500 nəfəri Meksika vətəndaşı deyil.
Aysel Əliyeva
Globalinfo.az














