Zurabişvilinin dediyi “erməni karuseli”… – Papuaşvili

Zurabişvilinin dediyi “erməni karuseli”... - Papuaşvili

“Prezident Salome Zurabişvili xarici mətbuata müsahibə verib, gürcü xalqına, fərqli etnik qruplara gülür. Sanki onların hamısını saxtakarlıqda istifadə ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Adətən bu günlər dezinformasiya ilə dolu olur. Yeri gəlmişkən artıq bəzi xarici həmkarlarımız deyiblər ki, Salome Zurabişvilinin destruktiv fəaliyyəti artıq görünür. O, telefonla dünyanın yarısı ilə danışıb ki, ölkə dizüstə düşsün”, – Papuaşvili bildirib.

Qeyd edək ki, Zurabişvili bundan öncə Qərbi Gürcüstan hökumətinə təzyiqlərə çağırmışdı. O həmçinin “erməni karuseli” ifadəsini işlətmişdi.