Tramp-Zelenski gərginliyinə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, Zelenskiyə dəstək ifadə edib.
“Son iki əsrdə dəfələrlə azadlıq, müstəqillik, ərazi müdafiəsinin nə olduğunu başa düşənlər sizin tərəfinizdədir, cənab prezident” – deyə Zurabişvili X səhifəsində paylaşım edib.
O, Trampın sülhməramlı kimi görünmək üçün qarşısındakı həmsöhbətini alçaltmamalı olduğunu bildirib:
“Əmin deyiləm ki, bu, “Amerika hər şeydən öncə” prinsipinin nümayişidir. Bu daha çox “Amerika Putin Rusiyasının əks-sədasıdır” kimi görünür. Bizim hamımıza güclü Amerika güclü Avropa ilə birgə lazımdır. Görünür, biz nəhayət, görürük ki, ikinci necə ön plana çıxır”.
Qeyd edək ki, Zurabişvili bundan öncə Trampa yaxın respublikaçıların köməyi ilə Vaşinqtonda Trampın komanda üzvləri ilə görüşüb. O həmçinin Trampın Gürcüstan məsələsində ona dəstək verəcəyinə ümid etdiyini bildirib.
Zurabişvili prezidentlik sarayından çıxarılsa da özünü hələ də legitim prezident sayır.














