Zurabişvili “yox” dedi: “Öz işinizlə məşğul olun”

Zurabişvili "yox" dedi: "Öz işinizlə məşğul olun"

Gürcüstan prokurorluğu ölkə prezidenti Salome Zurabişvilini iddia edilən seçki saxtakarlıqları ilə bağlı oktyabrın 31-də dindirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Zurabişvili onu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı ifadə verməyə dəvət edən prokurorluğa sərt təpki göstərib.

Belə ki, Gürcüstan prezidenti prokurorluğa öz işi ilə məşğul olmağı tövsiyə edib.

“Mən prokurorluğa məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar və prezidentə qarşı siyasi repressiyaları dayandırsınlar. Gürcüstanın tərəfdaşları prokurorluğun müstəqil və qərəzsiz olub-olmamasına nəzarət edir. Prokurorluğun indi gördüyü işlər isə daha çox suallar doğurur. Bütün normal ölkələrdə istintaq orqanı sübutları prezidentdən istəməməli, özü tapmalıdır”, – deyə Zurabişvili vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az