Zurabişvili və Papuaşvili də səs verdi – FOTO

Zurabişvili və Papuaşvili də səs verdi - FOTO

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament seçkilərində səs verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən yeni Gürcüstana, 22 il əvvəl gəldiyim Gürcüstana, əcdadlarımın dua etdiyi Gürcüstana səs verdim”, – Zurabişvili jurnalistlərə açıqlamasında deyib.

X X X

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili seçkilərdə səs verib.

“Gürcü arzusu” bu gün gürcü xalqının yeganə seçimidir. Çünki bu gün pislə yaxşı arasında seçim var. Bu gün xalqımıza nadir hallarda təqdim olunan seçim var. Məhz buna görə də bu gün hər kəsin seçki məntəqələrinə getməsi və bu ölkədə 12 illik sülhün qarantiyası olan, layiqli Avropaya doğru irəliləyişin qarantiyası olan “Gürcü arzusu”nu dəstəkləməsi vacibdir. Bu, ölkədə firavanlığın və inkişafın qarantıdır”, – deyə Papuaşvili səsvermədən sonra bildirib.

Zurabişvili və Papuaşvili də səs verdi - FOTO