Zukerberqin qızıl zənciri 100 dəfə baha satıldı

Zukerberqin qızıl zənciri 100 dəfə baha satıldı

“Tiltify” hərrac evi Mark Zukerberqin taxdığı qızıl zəncirlərindən birini hərraca çıxarıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, qızıl zəncirin bazar dəyəri cəmi 425 dollar olsa da, o ilkin dəyərindən 100 dəfə baha – 40500 dollara satılıb.

İlk olaraq zəncir üçün 2500 dollar təklif olunsa da, sonradan qiymət hədsiz dərəcədə yüksəlib.

Alıcı bu zəncirin ona uğur gətirəcəyini deyib.