Zod mədənində işlər dayandırıldı, işçilər təxliyə edilir

Zod mədənində işlər dayandırıldı, işçilər təxliyə edilir

Basarkeçər bölgəsində atışmanın baş verməsi səbəbindən Zod mədənində işlər müvəqqəti dayandırılıb, işçilər təxliyə edilib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə GeoPromining Gold şirkəti məlumat yayıb.

“Saat 17:15 radələrində atışma baş verib və şirkət əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə şaxtanın fəaliyyətini dayandırmağa və bütün şəxsi evakuasiya etməyə məcbur olub. Hazırda mədən işləmir” – məlumatda deyilir.