Ziyəddin Əliyev Heydər Əliyevin 100 illiyi münasibəti ilə qaziyə toy etdi, ev hədiyyə verdi – VİDEO

Ziyəddin Əliyev Heydər Əliyevin 100 illiyi münasibəti ilə qaziyə toy etdi, ev hədiyyə verdi - VİDEO

Mayın 10-da Qubada Vətən müharibəsi qazisi, 3-cü qrup əlil Nəsurullayev Elgünə toy mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 3 ildir nişanlı olan qaziyə belə bir toy hədiyyəsini Quba rayonu İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev edib.

Bir neçə gün öncə qazinin evinə baş çəkən rayon rəhbəri şəraitsiz vəziyyətdə yaşayan Elgünün ev tikintisinə başlamaq barədə göstəriş verib. Mayın 10-da evin təməlqoyma mərasimi keçirilib.

Qeyd edək ki, Əməkdar artist Səlim Abbasov da toyda iştirak edib.

Daha ətraflı videomaterialda: