Mədəniyyət Nazirliyi Əmircan qəsəbəsində yerləşən Nizaməddin məscidi ilə bağlı açıqlama verib.
Globalinfo.az-ın xəbərinə görə, Nazirliyin yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ diqqətdə saxlanılır:
“Qurumun səlahiyyətləri çərçivəsində araşdırılması istiqamətində tədbirlər görüləcəkdir”.
Qeyd edək ki, adıçəkilən məscidin zirzəmisində olan insan skeletləri tapılıb.














