“Zirə” “Kəpəz”ə qalib gəldi

"Zirə" "Kəpəz"ə qalib gəldi

Təxirə salınmış oyunda “Zirə” “Kəpəz”ə qalib gəlib.

Globalinfo.az xəbər verir ki, görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

“Zirə” hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.

***

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidmətindən məlumat verilib.

Hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fitinin saat 19:00-da verilməsi nəzərdə tutulub.

***

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” matçının startı yubanır.

Axar.az Report-a istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.

“Zirə” – “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.

Qeyd edək ki, son olaraq oyunun startı saat 18:00-a təyin olunmuşdu.