Bakıda evakuator aşdı: yola yağ və yanacaq dağıldı – FOTO

Bakıda evakuator aşdı: yola yağ və yanacaq dağıldı - FOTO

Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun aşması nəticəsində yola yağ və yanacaq dağılıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Məlumata görə, yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

***09:08

Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində yük avtomobili aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində yaranan sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Bakıda evakuator aşdı: yola yağ və yanacaq dağıldı - FOTO