zerif1

“Hörmüz boğazının uzun müddət bağlanması və ya bu marşrutdan siyasi təzyiq vasitəsi kimi istifadə olunması Tehranın beynəlxalq mövqeyinə ciddi zərbə vura bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, belə bir addım Çin də daxil olmaqla bir sıra ölkələrin İran əleyhinə ortaq mövqe formalaşdırmasına yol açar:

“Regionda gərginliyin nəzarətdən çıxması İsrail və onun müttəfiqlərinə ABŞ-ın maraqları ilə öz məqsədləri arasındakı fərqləri arxa plana keçirmək imkanı yaradacaq.

Vəziyyətin daha da kəskinləşməsi bölgədə siyasi və təhlükəsizlik risklərini artıracaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: