
Gürcüstanda Ukraynadakı kimi seçkilər təxirə salınmayacaq, keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bu, ukraynalaşmanı xatırladır. Bilirsiniz ki, Ukraynada bəzi ictimai orqanların mandatının başa çatmasına baxmayaraq, seçkilər keçirilmir.
Biz buna, əlbəttə ki, icazə verməyəcəyik”, – deyə Baş nazir bildirib.
O, əlavə edib ki, Gürcüstanda yerli hökumət orqanları, merlər, şəhər şuraları dörd il müddətinə seçilir və onların mandatlarının yenilənməsinə ehtiyac var.
Xatırladaq ki, daha əvvəl Kobaxidze AŞPA-nın Gürcüstanda yenidən parlament seçkilərinin keçiriləcəyi barədə qətnaməsini “absurd” adlandırıb.
Aysel Əliyeva
Globalinfo.az