Zərdabda məktəbdə şagirdlər oğurlanır? – DİN-dən reaksiya

mkt

Sosial şəbəkələrdə Zərdab şəhər Şıxəli Qurbanov adına 2 nömrəli tam orta məktəbdə uşaq oğurluğu iddiası ilə bağlı səsyazısı yayılıb. Sözügedən səs valideynləri təşvişə salıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, səsin sahibi yaşlı kişi paltarında uşaqları hədəf alan birinin olduğunu iddia edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:

“Bu iddialar həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”.