“Zənginə cavab vermədilər, evə gələndə gördü ki…” – Azərbaycanda ailə faicəsi

"Zənginə cavab vermədilər, evə gələndə gördü ki..." - Azərbaycanda ailə faicəsi

İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov danışıb.

O deyib ki, ata evə zəng edib və cavab gəlmədiyinə görə oraya gedib.

Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin üç üzvü ölüb.

Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova dünyasını dəyişiblər.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında: