Zəngilanda adam öldürən sürücü saxlanıldı – Təfərrüat

Zəngilanda adam öldürən sürücü saxlanıldı - Təfərrüat

Zəngilan rayonunda 1971-ci il təvəllüdlü Elman Zeynalovun avtomobillə qəsdən vurularaq öldürülməsinin təfərrüatı məlum olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, qətlə yetirilən E.Zeynalov 2022-ci ildə Ağalı kəndinə köçən ilk sakinlərdən olub və ona məşğulluq xidməti tərəfindən avtoçilingər alətləri də verilib. Əsasən avtomobil təmiri ilə məşğul olan E.Zeynalov həmçinin avtoyuma məntəqəsi də işlədirmiş.

Kənd sakini, 1980-ci il təvəllüdlü kənd sakini Elçin Abdullayevlə onun arasında dünən avtomobil təmiri ilə bağlı mübahisə yaranıb. Mübahisə qısa müddətdə sona çatıb və E.Abdullayev evinə gedib. E.Zeynalov isə avtoyuma məntəqəsinin qarşısında çölə qoyduğu dəmir çarpayıya uzanıb telefonuna baxırmış. E.Abdullayev qəflətən özünə məxsus “Ford Transit” markalı yük avtomobilini işə salaraq E.Zeynalovun üzərinə sürüb və onu çarpayı ilə birlikdə vurub. E.Zeynalov avtomobilin altına düşərək, ağır xəsarətlər alıb. Sakinlər onu xəstəxanaya aparmaq istəsə də, E.Zaynalov yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.

***09:00

Zəngilanda polis avtomobillə qəsdən adam vurub öldürən sürücünü saxlayıb.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə avqustun 18-də rayonun Ağalı kəndində yerli sakin, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.