Zəngəzurdan pis xəbərlər gəlir – Erməni KİV

Zəngəzurda bir erməni sərhədçi intihar edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Ermənistan Milli Təhlükəsizlik Xidməti də bununla bağlı açıqlama verməyib.

Qeyd edilib ki, son vaxtlar Zəngəzurdan intihar və ölümlərlə bağlı pis xəbərlər gəlib. Lakin onlardan bir neçəsi rəsmi olaraq açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az