“Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zamanda öz həllini tapa bilər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ARB24 Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, İran-Azərbaycan münasibətləri həm də Azərbaycan – Ermənistan arasında münasibətlərin daha da normallaşmasına şərait yarada bilər.
“İran prezidentinin Azərbaycana səfəri bir çox məsələlərin çözülməsinə açar rolunu oynadı. Bu səfər regionda sülhün təməl prinsiplərini gücləndirə bilər”- deyə Cavanşir Feyziyev bildirib.















