Möhtəşəm amnistiya gözlənilir: siyahıda tanınmışlar da var

“Əfv sərəncamı olmalıdır, amma dəqiq tarixi bilmirik, çünki həmin sərəncam ölkə başçısı tərəfindən imzalanır. Biz Yeni il ərəfəsində əfv sərəncamı imzalanacağını gözləyirdik, amma olmadı”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

O, əfv və ya amnistiyanın mart ayında ola biləcəyini qeyd edib:

“Hazırda nəsə demək çətindir, amma ulu öndərin yubileyi ilə bağlı möhtəşəm amnistiya gözlənilir. Kimlərin azadlığa çıxacağı haqda bir söz deyə bilmərik. Bircə onu deyə bilərəm ki, siyahıda kimin konstitusion hüququ çatırsa – jurnalistlər, bəzi tanınmış məhbuslar – onlara görə də müraciət etmişik”.

Zaira Akifqızı
Globalinfo.az