Ərdoğan və Kılıçdaroğludan İncəyə zəng: Biri mitinqə çağırdı, digəri isə…

“Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürdükdən sonra digər namizədlər Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ona zəng ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Əbdülqədir Selvi deyib.

Məhərrəm İncənin namizədliyini geri götürməsindən sonra sərt tənqidlərə məruz qalması anasına pis təsir edib. Nəticədə Zəkiyə xanımın səhhətində problem yaranıb. Həmin müddətdə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ikisi də İncəyə telefon zəngi etdilər. Yaxınları iki namizədin zəngindən sonra Məhərrəm İncənin bu fikirləri səsləndirdiyini deyirlər: “Ərdoğan anamın xəstə olduğunu öyrənib “sənin və anan üçün nə edə bilərəm?” deyə soruşdu. Bir gün sonra Kılıçdaroğlu zəng etdi və məni keçirdiyi mitinqə çağırdı. İki lider arasındakı fərq budur”. Yəni hər şey siyasət deyil. İnsanlıq başqa bir şeydir”.

Qeyd edək ki, 28 mayda Türkiyədə Prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az