Zəmanət verilmir – münaqişəyə Əskiparadan başlanır

“Kirantsi, Voskepar (Əskipara) əhalisi hələ də Nikol Paşinyanın dediklərinə təəccüblənir. Siz bu tribunadan üç dəfə dediniz ki, təhlükəsizlik və müharibənin qarşısının alınması təmin olunmur. Zəmanət verilmirsə, döyüşə 200 metrdən başlamaqdansa, 2 km-dən başlamaq daha yaxşı deyilmi?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasını təmsil edən deputatı Qeqam Nazaryan Paşinyana müraciət edərək deyib.

Nikol Paşinyan isə Nazaryanın dediklərinə cavab verib. Bildirib ki, Kirants və Voskepar kəndləri sərhəddə deyil, təmas xəttindədir:

“Şərtləri düzgün demək lazımdır. Azərbaycanın Kirantsa nə qədər yaxın olması ciddi və vacib məsələdir, amma indi 12-ci əsr deyil ki, 50 metrlik fərq nəyisə həll etsin. Nizələr, sapandlı daşlar deyil, müasir silahlar əsas rol oynayır”

Safura Bənnayeva
Globalinfo.az