1773066596 screenshot 2

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İranda mümkün quru əməliyyatlarının “tamamilə qəbuledilməz” və təhlükəli olacağı barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bildirilir ki, liderlər arasında bir saat yarımdan çox davam edən danışıq zamanı əsas diqqət İran və Fars körfəzi ətrafındakı vəziyyətə yönəlib.

Putin qeyd edib ki, Trampın İranla bağlı atəşkəsin uzadılması qərarı müsbət addımdır və bu, danışıqlar üçün şərait yarada, ümumi sabitliyin qorunmasına kömək edə bilər.

Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov isə bildirib ki, Moskva ABŞ və İsrail tərəfindən mümkün yeni güc tətbiqinin təkcə İran və region ölkələri üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün ciddi və qaçılmaz nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: