Zəlzələ olsa, bu binalar dağılacaq – Seysmoloq çağırış etdi

“Gözlənilən zəlzələdə İstanbulda 90 min bina dağıla bilər. Bu baxımdan təcili olaraq tədbir görülməldir”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli tanınmış seysmoloq Naci Görür qeyd edib.

Seysmoloq məsələ ilə bağlı həyata keçirilməli olan tədbirlər planına təklif irəli sürərək hökumətə çağırış edib:

“Yüz minlərlə insanımız təhlükə altındadır. Doğrudur, ən yaxşı yol bu binaların gücləndirilməsi, yaxud sökülüb yenidən inşa edilməsidir. Amma bütün binalar üçün buna zamanımızın çatacağını düşünmürəm. Ona görə də dövlət İstanbulda olan güclü və boş binaları qeydiyyata almalı, təhlükəli vəziyyətdə olan binalardakı vətəndaşları bura yerləşdirməlidir. Paralel olaraq isə bələdiyyə sədrləri həmin binaların gücləndirilməsi üçün çalışmalıdırlar. Hər şeyin fərqində olan bir insan kimi bundan daha yaxşı və təcili bir yol düşünə bilmirəm”.

Ayşən Mustafa
Globalinfo.az