Zelenskinin Türkiyəyə səfəri başa çatdı

Zelenskinin Türkiyəyə səfəri başa çatdı
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Zelenski prezident iqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ankaranı tərk edib.

Onu hava limanında Türkiyənin ticarət naziri Ömer Bolat yola salıb.

Qeyd edək ki, iki lider arasında Ankarada görüş təxminən 3 saat davam edib.

Aysel Əliyeva
Globalinfo.az