Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşr Ukrayna Prezidenti adminstrasiyasının rəhbəri Andrey Yermaka istinad edib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermaka bildirib ki, o, Vaşinqtona edilən son səfər zamanı nümayəndə heyətinə rəhbərlik edib və bu səfər Zelenski ilə Tramp arasında mümkün görüşün təşkili məqsədi daşıyıb.
Görüş “Böyük yeddilik” sammiti çərçivəsində baş tuta bilər.
Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Kanadada keçiriləcək.














