Zelenskinin Trampa münasibətini dəyişdirən onlar olub – NYT

Zelenskinin Trampa münasibətini dəyişdirən onlar olub – NYT

Emmanuel Makron və Kir Starmer Volodimir Zelenskinin Donald Trampa qarşı münasibətini dəyişdirməsi üçün təkid ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Nəşrin məlumatına görə, məlum mübahisəli görüşdən sonra Fransa Prezidenti və Böyük Britaniyanın Baş naziri əvvəlcə Zelenskinin Ağ Evə qayıtmasını istəyiblər, lakin sonra hər iki tərəfin sakitləşməsi üçün ara verilməsinin daha yaxşı olacağını düşünüblər.

İddiaya görə, Zelenski Trampla mübahisədən sonra Starmer və Makronla əlaqə saxlayıb və onların təkidi ilə mövqeyini dəyişib, ABŞ-a göstərdiyi yardıma görə təşəkkür edib.

Aysel Əliyeva
Globalinfo.az