Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkəyə hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanunla bağlı təkliflər göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayan KİV məlumat yayıb.
Ukrayna prezidentinin təklifinə əsasən ölkədə hərbi əziyyətin daha 90 gün, yəni noyabrın əvvəlinə kimi uzadılması nəzərdə tutulur.
Ukrayna KİV yazır ki, bu, qarşıda çox çətin və mühüm bir məhlənin olduğu mənasına gəlir. Beləliklə, Kiyev cəbhədə yeni hücuma hazırlaşır. Nəticədə prezident seçkilərinin də gecikdirilməsi planlanır.
Seçkilərin gecikdirilməsi məsələsinin ölkə daxilində narazılığa səbəb olduğu və birmənalı qarşılanmadığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














