Yermak zelensk 112

“Andrey Yermakla bağlı əməliyyata istintaq davam etdiyi müddətdə şərh vermək üçün hələ tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin deyib.

“Prosedur tədbirləri hələ də davam edir. Ona görə də hər hansı bir qiymətləndirmə aparmaq doğru deyil”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 11-də Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakı qanunsuz yolla əldə edilmiş gəlirlərin yuyulması ilə bağlı ittiham edib. Ona məxsus torpaq sahəsi və əmlaklar müsadirə edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: