Almaniya Kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Globalinfo.az bildirir ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun verdiyi məlumata görə, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesini müzakirə ediblər.
Kansler Merz Ermənistan və Azərbaycan arasındakı sülh prosesində irəliləyiş üçün daha təsirli addımların atılmasının vacibliyini vurğulayıb və bunun regionda sabitliyin təmin olunmasındakı rolunu qeyd edib.
Danışıq zamanı Almaniya-Ermənistan ikitərəfli əlaqələrinin genişləndirilməsi və İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Əliyar Xəlil
Globalinfo.az