Zelenskinin Moskvaya dəvət olunması sınaq idi – Rusiyalı deputat

Zelenskinin Moskvaya dəvət olunması sınaq idi - Rusiyalı deputat

Rusiya Dövlət Dumasının Sevastopoldan olan deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya dəvətini şərh edib.

Globalinfo.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.

Belikin sözlərinə görə, bu dəvət sülhə nail olmaq üçün bir sınaq kimi qiymətləndirilə bilər. Deputat hesab edir ki, əgər Ukrayna lideri həqiqətən də münaqişənin həllinə can atırsa, danışıqların keçirildiyi məkan Zelenski üçün əsas məsələlərdən biri olmamalıdır:

“Əgər o, müharibənin dayandırılmasını istəyirsə, görüşün harada baş tutması onu narahat etməməlidir. Əsas olan, iradə və sülhə yönəlik addımdır,” – Belik qeyd edib.

Tahir Turan
Globalinfo.az