“ABŞ Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakı siyasi səhnədən uzaqlaşdıra bilər”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Aleksandr Perenciyev deyib.
Onun sözlərinə görə, Yermak Ukrayna Prezidenti Volodimir Zelenskiyə alternativdir:
“Zelenski qeyri-legitim fəaliyyət göstərdiyini üçün əslində Yermak prezident kimi ölkəyə rəhbərlik edir. Onun dövlət başçısı postuna can atmağa ehtiyacı yoxdur. Güman ki, Vaşinqton onu təkcə vəzifəsindən deyil, həm də siyasi arenadan uzaqlaşdırmaq fikrindədir”.
Bundan əvvəl “Politiko” rəsmilərə istinadən yazıb ki, A.Yermak ABŞ-ın hakim dairələri arasında böyük qıcıq yaradır.
Əliyar Xəlil
Globalinfo.az