Ağ Evdən Moskvadakı atışmaya reaksiya

“ABŞ Moskvada baş verən atışmadan xəbərdardır. Hadisə yerindən dəhşətli kadrlar yayılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Moskvadakı “Krokus Siti Holl” kompleksinə hücum olub. Son məlumata görə, hadisə nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.