Zelenskinin dəhşətli planı üzə çıxdı: “ABŞ və Çini..”

z 1

“Zelenski ABŞ və Çini bir-birinə qarşı qoymağı planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı ekspert Aleksandr Merkuris istefada olan amerikalı polkovnik Daniel Davisə müsahibəsində deyib.

“Zelenskinin beynindən nələrin keçdiyini həqiqətən başa düşmək çətindir. Amma ola bilsin ki, Zelenski ABŞ və Rusiya arasındakı gərginliyi Vaşinqton-Pekin qarşıdurmasına çevirə biləcəyini düşünür”, – Merkuris vurğulayıb.

Qeyd edək ki, daha öncə Zelenski Çin lideri Si Tsinpinə və ABŞ prezidenti Co Baydenə müraciət edərək, onları Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammiti dəstəkləməyə çağırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az