Mən düşünmürəm ki, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarda mütləq iştirak etməlidir.
Globalinfo.az “CBS”ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Bundan başqa, ABŞ lideri Skott Bessentin Kiyevə səfərini də “gərəksiz səyahət” adlandırıb.
Xatırladaq ki, fevralın 12-də Kiyevdə səfərdə olan ABŞ maliyyə naziri Skott Bessent Ukrayna Prezidenti Volodimir Zelenskiyə faydalı qazıntılarla bağlı razılaşma sənədi təqdim edib, lakin Zelenski həmin kağızları imzalamaqdan imtina edib. Daha sonra Münxendə Kit Kelloqla görüşü zamanı Ukrayna Prezidenti yenidən bu addımını təkrarlayıb və hətta Ukrayna nümayəndə heyəti öz düzəlişlərini etdiyi sənədləri ABŞ-yə təqdim edib. Bu dəfə sənəd ABŞ nümayəndə heyəti tərəfindən rədd edilib.
Bundan sonra ABŞ Prezidenti Donald Tramp Zelenskini “diktator” adlandırıb və onu razılaşmanı pozmaqda ittiham edib.
Aysel Əliyeva
Globalinfo.az














