Zelenskinin bu sözünün Kiyev üçün ağır nəticəsi olacaq – Peskov

Zelenskinin bu sözünün Kiyev üçün ağır nəticəsi olacaq - Peskov

“Ukrayna Prezidenti Volodimir Zelenskinin “Rusiyanı sülhə məcbur etmək” fikri böyük yanlışdır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bu mövqeyin Kiyev üçün ağır nəticələrinin olacağını bildirib:

“Mənim nöqteyi-nəzərimdən belə bir mövqe ölümcül, sistemli səhvdir. Əlbəttə ki, bunun Ukrayna üçün fəsadları olacaq”.

Qeyd edək ki, Volodimir Zelenski ötən gün BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna münaqişəsinin həlli üçün “sülh forumu”nun vacib olduğunu deyib və Rusiya ilə birbaşa danışıqları rədd edib.

Əliyar Xəlil
Globalinfo.az