“İsrailin İranın nüvə obyektlərinə zərbələri beynəlxalq ictimaiyyət üçün ciddi narahatlığa səbəb olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sky News” telekanalına deyib.

“Hazırda baş verənlərdən, nüvə obyektlərinə edilən bu hücumlardan çox təşvişə düşürəm. Fikrimcə, bu, bütün beynəlxalq ictimaiyyət üçün kabusdur. Buna diqqət edilməməsinə təəccüblənirəm”, – o bildirib.

Zaxarova Qərb mediasına tövsiyə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin piarını aparmaq əvəzinə, Yaxın Şərqdəki vəziyyətə fikir versinlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: