Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırskinin Rusiya ərazisinə endirilən zərəblər barədə məruzəsini dinləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, teleqramda məlumat verib.
“Ali Baş Komandan bizim uzaqmənzilli zərbələrimiz, xüsusən də dərin zərbələrin tezliyi və effektivliyi barədə məlumat verib”, – Zelenski bildirib.
O, həmçinin Rusiyanı yeni zərbələrlə hədələyib.
“Bu müharibənin uzadılmasına cavab olaraq Rusiya logistikası nəzərəçarpacaq dərəcədə zərər görməlidir”, – deyə Ukrayna prezidenti bildirib.
Tahir Turan
Globalinfo.az














