Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusla əlaqəli 51 fiziki və 220 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti müvafiq fərmanı bu gün imzalayıb.

Kiyevin yeni sanksiyalar siyahısına “Mobil Telesistemlər” (MTS), “Volqa-Dnepr Lizinq”, “RZD Logistics”, “RZDstroy”, “Solikamskiy Eksperimental Metallurgiya Zavodu”, “Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu” və “Minsk Avtomobil Zavodu” kimi şirkətlər, eləcə də digər müəssisələr daxil edilib.