İranlı nazirdən qalmaqallı Novruz təbriki – FOTO

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Novruz bayramı münasibətilə təbrik mesajı yayımlayıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, nazirin tviter səhifəsində paylaşılan təbrikdə növbəti dəfə Nizami Gəncəvi “İran şairi” adlandırılıb.

“Novruz ümid müjdəsi və qələbə anıdır. İran şairi Nizaminin təbirincə desək, yaz fəslində ağacların çiçəklənməsindən öyrənirik ki: “Gəlin, bir seçim edək və ağacda bahar çiçəklənənə qədər çox çalışaq”. Yaxşı günlər qabaqdadır. 1402-ci ildə Novruz bayramınız mübarək. Ən xoş arzularla”, – deyə Abdullahian yazıb.

Qeyd edək ki, bundan əvvəl İran XİN-in sözçüsü Nasir Kənani də oxşar iddia ilə çıxış etmişdi. Azərbaycanlı nizamişünas alim Əzizağa Nəcəfov isə rəsmi Tehranın bu iddialarına cavab vermiş və yalan adlandırmışdı: “Nizami fars olmayıb, bunu faktlar təsdiqləyir”.