Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadan təxminən 7 milyard dollar toplamaq niyyətində olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.
“Hazırda beynəlxalq arbitraj məhkəmələrində cəmi 6,9 milyard dollarlıq bir neçə müsbət qərarımız var”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenski əlavə edib ki, Ukrayna tərəfi bu vəsaitləri Rusiyadan geri almaq üçün konkret addımlar hazırlayır.
Onun fikrincə, arbitraj məhkəmələrinin qəbul etdiyi qərarlar Moskvanın hüquqi məsuliyyətindən xəbər verir.
Əliyar Xəlil
Globalinfo.az














