Zelenskidən Rusiya haqda tapşırıq: “Umerova dedim ki…”

Zelenskidən Rusiya haqda tapşırıq: "Umerova dedim ki..."

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rustem Umerova İstanbulda Rusiya ilə danışıqlar prosesini aktivləşdirməyi tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

“Bu gün Rüstəm Umerovla mən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının, Ali Baş Komandanın Qərargahının işini, həmçinin müdafiə sahəsində şəxsi tapşırıqları müzakirə etdik. Danışıqlar yolunu intensivləşdirməliyik. Hazırda İstanbulda keçirilən ikinci iclasda əldə olunan razılaşmaların icrası daha dinamikdir”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Kiyevlə danışıqların üçüncü raundunu keçirmək üçün İstanbula gəlməyə hazır olduğunu bəyan etmişdi.

Əliyar Xəlil
Globalinfo.az