Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın münaqişədə qalib gəlməsi ilə bağlı iddiaları rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
O qeyd edib ki, bu, rusların versiyasıdır.
“Moskvanın irimiqyaslı uğurları barədə xəbərlər yalandır. Ukrayna ordusu demək olar ki, üç həftədir qarşı tərəflə mübarizə aparır, yeni hücumlar edir. Yumşaq desək, ruslar o qədər də uğurlu deyil”, – Zelenski bildirib.
Əliyar Xəlil
Globalinfo.az