Biz Ukraynanı müdafiə etmək üçün bütün mümkün ssenariləri nəzərdən keçiririk.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.
“Biz tərəfdaşlarla işimizi davam etdiririk. Artıq danışıqlar aparmışıq və yaxın vaxtlarda digər addımlar da atılacaq.
Bu müharibəni mümkün qədər tez bitirmək üçün diplomatiyamızı həqiqətən məzmunlu etməyə çalışmağımız çox vacibdir.
Bizə əsl sülh lazımdır və ukraynalılar bunu çox istəyirlər, çünki müharibə şəhərlərimizi və qəsəbələrimizi xarab edir. İnsanlarımızı itiririk. Biz müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik.
Biz Amerika və avropalı tərəfdaşlarımızla birlikdə işləyirik və sülh yolunda ABŞ-ın dəstəyinə çox ümid edirik. Sülhə mümkün qədər tez nail olmalıyıq”, – Zelenski qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














