Zelenski zəng edərsə, mən… – Tramp

Zelenski zəng edərsə, mən… – Tramp

Volodimir Zelenskidən zəng gələrsə, cavablayacağam.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News Radio”ya müsahibəsində deyib.

Tramp “Zelenski zəng edərsə, cavablayarsınızmı?” sualına “bəli, əlbəttə” deyə cavab verib.

Bundan başqa, ABŞ lideri bir müddət əvvəl Rusiya və Ukrayna liderləri ilə baş tutan telefon danışıqlarından da bəhs edib. O, Vladimir Putinlə keçirdiyi danışığı “çox yaxşı”, Volodimir Zelenski ilə olanı isə “bir o qədər də yox” deyə qiymətləndirib.

Aysel Əliyeva
Globalinfo.az